"AFFA-ya "yox" demərəm, Azərbaycan millisində oynamaq istəyərəm"
"Mən Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarında oynamışam. Bu mənada, Azərbaycan mənim üçün özgə milli deyil. Orada çox yaxşı xatirələrim var. Bəli, bir müddət əvvəl danışıqlar var idi. Amma mən Azərbayancan millisində oynamaqdan imtina etməmişəm. Çoxdandır ki, AFFA-dan heç kəslə danışıq olmayıb".
BrendSport.az xəbər verir ki, bu sözləri sportal.az-a açıqlamasında "Alaniya"nın forvardı David Qarayev deyib.
Vladiqafqaz klubunun aparıcı futbolçusu millimizdə oynamaq istəyindən bəhs edib. Vaxtı ilə Azərbaycanın U-19 yığmasında oynamış Qarayev AFFA-dan dəvət gözləyir:
"Düzü, yayda mənə Azərbaycan klublarından təkliflər olmuşdu. Amma pauza götürdüm, Rusiyada qaldım. "Alaniya"ya keçdim.
Amma milli ilə bağlı danışıqlara hər zaman hazıram. Əgər AFFA-dan mənə maraq varsa, danışıqlara hazıram.
Mənim üçün Azərbaycan millisi məsələsi heç vaxt bitməyib. AFFA ilə danışıqlara yox demərəm.
Açığı, Azərbaycan millisində oynamaq istəyərəm. Bayaq dediyim kimi, bu komanda mənim üçün yad və özgə deyil, oynadığım yığmadır. Milli komandanın son matçlarına da baxırdım".
“SKA-Energiya”, “Qubkin”, “Nefteximik”, “SKA Rostov”, “Ximki”, “Olimp Ximki”, KAMAZ, “Ural”, “Kaspiy”, “SKA Xabarovsk”, “Torpedo”(Moskva) klublarında oynamış Qarayev yayda “Alaniya”ya keçmişdi.
Facebook-da paylaş