Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əbu-Dabidə Formula 1-in final mərhələsi başlayır



Formula 1 çempionatının 2023-cü ildə sonuncu, 22-ci mərhələsi Əbu-Dabidə bu gündən start götürür. Yarışlar “Yas Marina” avtodromunda keçirilir.

BrendSport.az
xəbər verir ki, mövsümün final yarışında Konstruktorlar Kubokunda ikinci yerin taleyi həll olunacaq: “Mercedes” komandası “Ferrari”dən 4 xal irəlidədir. Almaniya kollektivi sonuncu iki yürüşü orta səviyyədə keçirərək, rəqibin ona daha da yaxınlaşmasına şərait yaradıb. Şəxsi hesabda dördüncü yer uğrunda “Ferrari”nin ispaniyalı pilotu Karlos Saynts-kiçiklə (200 xal) moneqasklı Şarl Lekler (188) və “AstonMartin” komandasından ispaniyalı Fernando Alonso (200 xal) ilə “McLaren”dən britaniyalı Lando Norris (195 xal) arasında mübarizə gedir. Mövsümdə ikinci yürüş sessiyasını İsrail lisenziyası ilə çıxış edən rusiyalı Robert Şvartsman aparır. O, test-pilotu olduğu “Ferrari” komandasının bolidinin sükanı arxasında birinci sərbəst yürüşdə iştirak edir.

Əbu-Dabi mərhələsi Formula 1 çempionatının təqviminə 14 il bundan əvvəl salınıb. Onun əsas özəlliyi yürüşlərin gündüz ilə gecənin dəyişməsi zamanı keçirilməsindədir. Pilotlar sutkanın işıqlı vaxtında start götürür, finişi isə artıq süni işıqlandırmada başa vurur. Bu, müəyyən çətinliklər törədir, çünki günəş işığından süni işığa keçidə öyrəşmək lazım gəlir.

Əbu-Dabi Qran-Prisində qələbələrin sayına görə rekordsmen yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemiltondur (5 dəfə). Hazırkı pilotlardan niderlandlı Maks Ferstappen 3 dəfə, fin Valtteri Bottas bir dəfə qalib adını qazanıb.

Şənbə günü üçüncü sərbəst yürüş və təsnifat yürüşü keçiriləcək. Mərhələnin proqramına bazar günü yürüşlə yekun vurulacaq.


Facebook-da paylaş

Xəbəri paylaş