İngilis futbolçu Bellinqhem “Qızıl oğlan” mükafatının qalibi olub
İspaniyanın “Real Madrid” futbol klubunun ingilis yarımmüdafiəçisi Jude Bellinqhem Avropanın 21 yaşa qədər ən yaxşı oyunçusuna verilən illik “Qızıl oğlan” mükafatının qalibi olub.
BrendSport.az xəbər verir ki, bu barədə mükafatın təşkilat komitəsi məlumat yayıb.
Bellinqhemin 20 yaşı var və 2023-cü ilin yayında “Real Madrid”ə keçib. Komandanın tərkibində müxtəlif turnirlərdə 14 oyun keçirən futbolçu 13 qol vurub və 3 məhsuldar ötürmə edib. İngilis futbolçu ötən mövsümü "Borussiya Dortmund"da keçirib, onun heyətində 42 matçda iştirak edib, 14 qol vurub və 7 məhsuldar ötürmə verib.
“Qızıl oğlan” mükafatı 2003-cü ildə “Tuttosport” qəzeti tərəfindən yaradılıb və hər il Avropa çempionatlarından birinin yüksək divizionunda çıxış edən 21 yaşından kiçik futbolçuya verilir. 2022-ci ildə mükafatın qalibi “Barselona”nın ispaniyalı yarımmüdafiəçisi Qavi olub.
Facebook-da paylaş