Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



İdman Arbitraj Məhkəməsi Beynəlxalq Boks Federasiyasının BOK-a qarşı iddiasına baxacaq



İdman Arbitraj Məhkəməsi (CAS) Beynəlxalq Boks Assosiasiyasının (IBA) Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən tanınmasının dayandırılması qərarından verdiyi apellyasiya şikayətinə baxacaq.

BrendSport.az
xəbər verir ki, dinləmələr CAS-ın İsveçrənin Lozanna şəhərindəki baş qərargahında keçiriləcək.

"Beynəlxalq Boks Assosiasiyası sona qədər gedəcək", - deyə Assosiasiyanın prezidenti Umar Kremlev TASS agentliyinə müsahibəsində qeyd edib: "Bu gün Beynəlxalq Olimpiya Komitəsinin bəzi rəhbərlərinə etimadsızlıq var, onlar öz mövqelərinə uyğun gəlmirlər. Onlar nə nümayiş etdirirlər? Bu gün Olimpiya Xartiyasının yaradılmasının zəmini olan Olimpiya ailəsini, onun dəyərlərini məhv edirlər. Xartiya insanları parçalamaq üçün deyil, birləşdirmək üçün yaradılıb”.

"IBA bütün dünyaya sübut edəcək ki, biz haqlıyıq. Biz dürüstlük, şəffaflıq tərəfdarıyıq. Əgər kimsə bunu etməkdən çəkinirsə, o zaman biz də sona qədər gedəcəyik. İstisna etmirəm ki, biz daha bir addım atacağıq və mülki məhkəməyə müraciət edəcəyik”, - deyə Kremlev bildirib.

İyun ayında BOK-un sessiyası 2019-cu ildə Olimpiya təsnifatı və Olimpiya yarışlarını keçirmək hüququndan məhrum edilmiş Beynəlxalq Boks Federasiyasını maliyyə və idarəetmə problemlərini həll edə bilmədiyi üçün səs çoxluğu ilə Olimpiya hərəkatından xaric edib. 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında boks üzrə olimpiya turnirinin təşkili və keçirilməsi vəzifəsini BOK öz üzərinə götürüb və təşkilat qeyd edib ki, bu idman növü 2028-ci ildə Los-Ancelesdə keçiriləcək Oyunların proqramında qalmalıdır.

2019-cu ildə BOK təşkilatdakı maliyyə və idarəetmə böhranı səbəbindən müvəqqəti olaraq IBA-dan tanınma statusunu geri götürüb. BOK beynəlxalq federasiyadan islahatlar tələb edib və onu 2021-ci ildə baş tutacaq Tokio Olimpiadasında boks turnirinin təşkilindən kənarlaşdırıb. Sonradan Beynəlxalq Olimpiya Komitəsi bu federasiyanın idarəçiliyinin şəffaflığına dair şübhələrini dəfələrlə dilə gətirib.

2020-ci ilin sonundan IBA-ya rusiyalı Umar Kremlev rəhbərlik edir. Beynəlxalq Boks Assosiasiyası Ukraynada baş verən hadisələrlə əlaqədar Rusiya və Belarus idmançılarını milli identifikasiyadan məhrum etmək üçün BOK-un tövsiyələrinə əməl etməkdən imtina edib, hər iki ölkənin boksçuları onun turnirlərində heç bir məhdudiyyət olmadan yarışırlar. ABŞ, Böyük Britaniya, İsveç, Almaniya, Hollandiya və Filippinin boks federasiyaları etiraz əlaməti olaraq IBA-nı tərk ediblər və “World Boxing” adlı yeni beynəlxalq təşkilat yaradıblar.


Facebook-da paylaş

Xəbəri paylaş