Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



UEFA-nın dəstəyi ilə Şamaxıda futbol festivalı keçirilib



AFFA-nın təşkilatçılığı, UEFA-nın dəstəyi ilə UEFA Kütləvi Futbol Həftəsi çərçivəsində Şamaxı şəhər stadionunda 10-12 yaşlı uşaqlar üçün futbol festivalı keçirilib.

BrendSport.az
xəbər verir ki, 100-dən çox uşağın qatıldığı festivalda iştirakçılar futbol oynayıb, əyləncəli vaxt keçiriblər.

Tədbirin sonunda hər bir iştirakçıya UEFA tərəfindən göndərilən toplar hədiyyə olunub. Hədiyyələri Kütləvi Futbol Departamentinin rəhbəri, veteran futbolçu Fərrux İsmayılov, Şimal Regional Futbol Federasiyasının prezidenti Abdulla Məmmədov, Şamaxı Regional Futbol Məktəbinin əlaqələndiricisi, veteran futbolçu Vəli Qasımov və Kütləvi Futbol Departamentinin mütəxəssisi Orxan Mikayıllı təqdim ediblər.


Facebook-da paylaş

Xəbəri paylaş