Samuel Etonun vəzifəsindən uzaqlaşdırılması üçün FİFA-ya müraciət olunub
Korrupsiyada ittiham olunan Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto üçün FİFA rəhbəri Canni İnfantinoya məktub göndərilib.
BrendSport.az xəbər verir ki, yerli çempionatın nümayəndələri 42 yaşlı funksionerin vəzifədən uzaqlaşdırılmasını tələb edirlər.
Bildirilib ki, sabiq hücumçu korrupsiya ilə yanaşı, danışılmış oyunlar təşkil etməkdə də günahlandırılır.
Qeyd edək ki, Samuel Eto İspaniyada "Barselona" və İtaliyada "İnter" klubunda uğurlu çıxışı ilə yadda qalıb.
Facebook-da paylaş