Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



La Liqa: Madrid derbisi “Atletiko”nun qələbəsi ilə başa çatıb



İspaniya La Liqasının 6-cı turunda “Atletiko” “Metropolitano” stadionunda “Real Madrid”i qəbul edib.

BrendSport.az
xəbər verir ki, Madrid derbisi “döşəkçilər”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmanın dördüncü dəqiqəsində “Atletiko” hücumçusu Alvaro Morata hesabı açıb. 18-ci dəqiqədə hücumçu Antuan Qrizman meydan sahiblərinin üstünlüyünü artırıb. “Real Madrid”in almaniyalı yarımmüdafiəçisi Toni Kroos 35-ci dəqiqədə hesabdakı fərqi minimuma endirsə də, 11 dəqiqə sonra Morata dubl edərək yekun hesabı müəyyənləşdirib.

“Atletiko” İspaniya çempionatının turnir cədvəlində 10 xalla 5-ci yerdədir. “Real Madrid” 15 xal toplayaraq La Liqada ilk üçlüyü qapayır. Çempionatın lideri 16 xalla “Barselona”dır.

Növbəti matçda “Real Madrid” sentyabrın 27-də “Las-Palmas”, “Atletiko” isə “Osasuna” ilə qarşılaşacaq. Oyun sentyabrın 28-də baş tutacaq.


Facebook-da paylaş

Xəbəri paylaş