Dünya çempionatı: Azərbaycanın qadın güləşçisi bürünc medal uğrunda görüşə çıxacaq
Azərbaycanın qadın güləşçisi Alyona Kolesnik Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında növbəti görüşünə çıxıb.
BrendSport.az xəbər verir ki, 59 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada macar Tamara Dollakla üz-üzə gəlib.
Rəqibinə tam üstünlüklə qalib gələn Kolesnik bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Onun rəqibi ABŞ təmsilçisi Cennifer Rocers olacaq.
Facebook-da paylaş