Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Xabi Alonso "Bavariya"nın baş məşqçisi ola bilər



"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubunun baş məşqçisi Xabi Alonso "Bavariya"da işləyə bilər.

BrendSport.az
xəbər verir ki, Tomas Tuxel komandadan ayrılsa, 42 yaşlı mütəxəssis bu posta əsas namizəd olacaq.

Bildirilib ki, Münhen təmsilçisinin rəhbərliyi Alonsonun böyük fanatıdır. Sədr Karl-Haynts Rummeniqqe onu yaxından izləyir. Hətta gənc mütəxəssisə etibar etdikləri üçün müdafiəçi Yosip Stanişiçi Leverkuzen təmsilçisinə icarəyə veriblər.

Tomas Tuxelin Almaniya millisinin "sükanı arxasına" keçmək ehtimalı var.

Qeyd edək ki, Xabi Alonso 2022-ci ilin oktyabrından "Bayer 04"də işləyir. Onun müqaviləsi 2026-cı ilə qədər qüvvədədir.


Facebook-da paylaş

Xəbəri paylaş