Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Teymur Rəcəbov blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış edib



Azərbaycan şahmatçısı Teymur Rəcəbov Hindistanın Kəlküttə şəhərində təşkil olunan “Tata Steel Chess” turnirində blits üzrə mübarizənin ilk günündə uğursuz çıxış edib.

BrendSport.az
xəbər verir ki, 36 yaşlı qrossmeyster keçirdiyi 9 oyunun 1-də qələbə qazanıb, 2-də heç-heşə edib, 6-da isə uduzub.

Beləliklə, Rəcəbov ilk günü 2 xalla sonuncu pillədə başa vurub. Blitsdə mükafatçıların siyahısı sabah müəyyənləşəcək.

Qeyd edək ki, milli komandanın üzvü rapid üzrə mübarizəni 5,5 xalla ikinci başa vurmuşdu. Yarışda Teymur Rəcəbov ilə yanaşı, Maksim Vaşye-Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya), Nodirbek Abdusattorov (Özbəkistan), Santoş Vidit, Pentala Harikrişna, Rameşbabu Praqqnanandha, Arcun Eriqaysi, Dommaracu Qukeş (hamısı Hindistan) və Vinsent Kaymer (Almaniya) mübarizə aparır.


Facebook-da paylaş

Xəbəri paylaş