Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Messi Argentinaya DÇ-2026-nın seçmə mərhələsinin ilk oyununda qələbə qazandırıb



Sentyabrın 8-nə keçən gecə Cənubi Amerikada 2026-cı ildə keçiriləcək futbol dünya çempionatının seçmə mərhələsinin ilk mərhələsi çərçivəsində Argentina və Ekvador milli komandaları arasında görüş baş tutub.

BrendSport.az
xəbər verir ki, görüş 1:0 hesabı ilə argentinalıların xeyrinə başa çatıb.

Qarşılaşmada yeganə qolu Lionel Messi vurub, hücumçu oyunun 78-ci dəqiqəsində fərqlənib.

Argentina millisi növbəti turda Boliviya, Ekvadorisə Uruqvay ilə qarşılaşacaq. Hər iki qarşılaşma Bakı vaxtı ilə sentyabrın 13-nə keçən gecə baş tutacaq.

Messi 2023-cü ilin yayında Fransanın PSJ klubunda iki il çıxış etdikdən sonra “İnter Mayami”yə keçib. “Qızıl top”un yeddiqat qalibi ilk oyunda cərimə zərbəsindən qol vuraraq klubda debüt edib.

36 yaşlı hücumçu millinin formasını geyindiyi 175 oyunda 103 qol vurub, 56 məhsuldar ötürmə edib. Messi 2022-ci ildə milli komandanın heyətində Qətərdə keçirilən Dünya Kubokunun qalibi olub, həmçinin bu turnirin ən yaxşı oyunçusu seçilib.


Facebook-da paylaş

Xəbəri paylaş