Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qalatasaray"ın sabiq futbolçusu: "Qarabağ"a qarşı oynamaqdansa, belə klubları üstün tuturam"



"Qarabağ" və LASK-a qarşı oynamaqdansa, belə klublarla mübarizə aparmağı üstün tuturam".

BrendSport.az
xəbər verir ki, bunu Yunanıstanın AEK komandasının futbolçusu Nordin Amrabat UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqibləri barədə danışarkən deyib.

36 yaşlı vinger B qrupunda üz-üzə gələcəkləri “Ayaks” (Niderland), “Marsel” (Fransa) və “Brayton”un (İngiltərə) hörmətə layiq olduğunu söyləyib: "Onlara qarşı oynamaq çətindir. Lakin həmin görüşləri səbirsizliklə gözləyirəm. Karyeram ərzində heç vaxt "Ayaks"ı məğlub etməmişəm. Ümid edirəm ki, onlarla matçda xal qazana biləcəyik".

Qeyd edək ki, 2021-ci ildən AEK-in uğurları üçün çalışan mərakeşli oyunçu 2012 - 2015-ci illərdə Türkiyədə "Qalatasaray"ın formasını geyinib.


Facebook-da paylaş

Xəbəri paylaş