Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropa Liqası: “Qarabağ” pley-offun ilk oyununda səfər qələbəsi qazanıb



“Qarabağ” UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

BrendSport.az
xəbər verir ki, Azərbaycan təmsilçisi Sloveniyada “Olimpiya”nın qonağı olub.

“Stojitse” stadionunda baş tutan qarşılaşmaya sürətli başlayan Qurban Qurbanovun yetirmələri birinci hissədə rəqibi iki dəfə meydanın mərkəzinə dəvət ediblər. 32-ci dəqiqədə Kevin Medina, 44-cü dəqiqədə isə Leandro Andrade fərqləniblər.

Komandaların ikinci hissədəki cəhdləri nəticə verməyib. Beləliklə, “Qarabağ” 2:0 hesablı səfər qələbəsi qazanaraq, qrup mərhələsinə vəsiqə yolunda önəmli üstünlük əldə edib. Meydan sahiblərinin heyətində son dəqiqələrdə qırmızı vərəqə alan David de Senna Bakıdakı cavab görüşünü buraxacaq.

Bu komandalar arasında cavab oyunu avqustun 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş