Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Sabir Buqrin Azərbaycanda oynamaq istəyir



“Neftçi”nin sabiq futbolçusu Sabir Buqrin yenidən Azərbaycanda oynamaq istəyir.

BrendSport.az
xəbər verir ki, mərakeşli yarımmüdafiəçi bunun reallaşması üçün Premyer Liqa klublarından təklif gözləyir.

Hazırda Tunisin “Esperans” klubuna məxsus olan 27 yaşlı orta sahə oyunçusu avqustun 27-dən etibarən azad agent statusu daşıyacaq. “Esperans” ona 270 min dollar borcu ödəmədiyi üçün futbolçu FİFA-ya şikayət etmək qərarına gəlib.

2020-ci ilin yayında Buqrinin “Neftçi”yə keçidində vasitəçilik edən bakılıların həmin dönəmdəki idman direktoru Ceyhun Sultanov “Report”a açıqlamasında yarımmüdafiəçinin Azərbaycanda oynamağa müsbət yanaşdığını söyləyib. Lakin onun xidmətində maraqlı olan Premyer Liqa klubu Sultanova müraciət etməlidir: “Hələ heç kimlə söhbət olmayıb. Hansısa klub istəsə, Buqrinlə bu barədə danışa bilərəm”.

Qeyd edək ki, Sabir Buqrin 2022-ci ilin yanvarında “Neftçi”dən “Esperans”a keçib.


Facebook-da paylaş

Xəbəri paylaş