Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycan triatlonçuları IRONMAN seriyasında iştirak ediblər



Azərbaycan triatlonçuları Danimarkanın paytaxtı Kopenhagendə keçirilən IRONMAN (dəmir məsafə) seriyasının növbəti yarışında iştirak ediblər.

BrendSport.az
xəbər verir ki, ümumilikdə 2500-ə yaxın idmançının gücünü sınadığı turnirdə Aleksandr Mordasov, Samir Cavadov, Teymur Fərəcov, Rabiyə Orucova, Kamil Əliyev və Kamram Əbilov “Triterra”, Elçin Bəkirov isə “Tristar” klubunu təmsil ediblər.

Adı çəkilən triatlonçuların hamısı 3,8 km üzüb, 180 km velosiped sürüb və 42 km qaçıblar. Bu səbəbdən onlar IRONMAN tituluna sahib çıxanlar sırasında yer alıblar.

Azərbaycan idmançıları arasında ən yaxşı göstəriciyə Teymur Fərəcov nail olub. O, 9 saat 56 dəqiqə 6 saniyəyə finişə çatıb. Kamran Əbilov və Samir Cavadov isə ilk dəfə bu turnirdə mübarizə aparıblar.


Facebook-da paylaş

Xəbəri paylaş