Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Triatlon Federasiyasının növbəti yarışı uğurla başa çatıb

Triatlon Federasiyasının növbəti yarışı uğurla başa çatıb

Fevralın 11-i və 12-sində Bakı Su İdmanı Sarayında “Triterra Triathlon Club”-ın təşkilatçılığı ilə Azərbaycan Triatlon Federasiyasının növbəti “Aquathlon” yarışı keçirilib.

BrendSport.az xəbər verir ki
, 45 idmançının iştirak etdiyi yarış “Absolute” və müxtəlif yaş kateqoriyalarından ibarət idi. Yarışın ilk günündə 1500 metr məsafədə üzgüçülük mərhələsi yer aldı. İkinci gün isə 10 km məsafə üzrə qaçış yarışına həsr olundu.

“Absolute” kateqoriyasının kişilər arası qalibləri ardıcıl olaraq Toğrul Məmmədli, Kam Bular və Vitaliy Yakovlev oldular. Qadınlardan birinci yerə Fatimə Əlkərəmova, ikinci yerə Nataliya Mordasova, üçüncü yerə Adilə Süleymanova layiq görülüb. Komandalar arası gərgin mübarizədə birinci yeri “Triterra”, ikinci yeri “Alphatriclub”, üçüncü yer isə “TriStar” idman klubu tutub.


Facebook-da paylaş

Xəbəri paylaş