Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Velosipedçilərimiz Özbəkistanda “The Tour Oqtosh - Chorvoq - Mountain” yürüşündə iştirak edirlər

Velosipedçilərimiz Özbəkistanda “The Tour Oqtosh - Chorvoq - Mountain” yürüşündə iştirak edirlər


Azərbaycanın şose velosipedi üzrə kişilərdən ibarət elit – U-23 milli komandası Özbəkistanda keçirilən “The Tour Oqtosh - Chorvoq - Mountain” yarışında iştirak edir.
BrendSport.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 1.2 kateqoriyalı yürüşündə təmsilçilərimiz fərdi ötüşmə növündə güclərini sınayıblar.
Yarışda milli komandamızın heyətində Musa Mikayılzadə, Şahin Eyvazov, Nəcəf Bağırov, Samir Cəbrayılov, Kamran Mirzəxanov, Mikayıl Səfərli, Yusif İsmayılov və Aqşin Bağırlı mübarizə aparıblar.
Azərbaycan, Qazaxıstan, Yunanıstan, Filippin, Tailand və Özbəkistanı (5 komanda) təmsil edən ümumilikdə 10 komandanın tərkibində 56 idmançı bu növ üzrə 10 kilometr məsafə qət ediblər.
Velosipedçilərimizdən ən yaxşı göstəriciyə Musa Mikayılzadə imza atıb. O, 25 dəqiqə 27 saniyə nəticə ilə 20-ci yerdə qərarlaşıb.
Digər idmançılarımızdan Kamran Mirzəxanov 39-cu, Samir Cəbrayılov 41-ci, Şahin Eyvazov 43-cü, Mikayıl Səfərli 47-ci, Aqşin Bağırlı 48-ci, Yusif İsmayılov 49-cu, Nəcəf Bağırov isə 52-ci yerlə kifayətləniblər.
Fərdi ötüşmə növü üzrə yarışın qalibi 20 dəqiqə 27 saniyə nəticə ilə Özbəkistanın “Namangan” komandasının üzvü Ulugbek Saidov olub.


Facebook-da paylaş

Xəbəri paylaş