Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Neftçi” ilə birgə adı çəkilən futbolçu rekord məbləğə Türkiyə klubuna keçib



“Neftçi” ilə birgə adı çəkilən Olimpiu Morutan Türkiyədə komandasını dəyişib.

BrendSport.az
xəbər verir ki, “Ankaragücü” rumıniyalı yarımmüdafiəçini “Qalatasaray”dan transfer edib.

25 yaşlı oyunçu yeni komandasına 3 milyon avroya başa gəlib. Razılığa əsasən, hücumameyilli futbolçunun növbəti satışı zamanı əldə ediləcək gəlirin 50 faizi İstanbul nəhənginə çatacaq. Morutan “Ankaragücü”yə rekord məbləğə keçərək, paytaxt təmsilçisində tarixin ən bahalı transferi olub.

Qeyd edək ki, Olimpiu Morutan ötən mövsüm icarə əsasında İtaliyanın “Pisa” klubunda çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş