"Partizan"ın qapıçısı: "Namik Ələskərovun penaltini hansı istiqamətə vuracağını bilirdim"
"Namik Ələskərovun penaltini hansı istiqamətə vuracağını bilirdim".
BrendSport.az xəbər verir ki, bunu "Partizan"ın qapıçısı Aleksandr Yovanoviç Serbiyada "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra “Sportal.bg” saytına açıqlamasında deyib.
Qolkiper penaltilər seriyasında qələbə qazanmaları barədə danışıb. O, Ələskərovun 11 metrlik cərimə zərbələrini həmişə sağ küncə yönəltdiyini söyləyib: "İlk uğursuz cəhddən sonra bəzi futbolçular topu başqa yerə vurmaq barədə düşünürlər. Amma mən bilirdim ki, Namik böyük məsuliyyət daşıdığından qərarını dəyişməyəcək".
Qeyd edək ki, Bakıdakı ilk görüşdə Azərbaycan təmsilçisi eyni hesabla qalib gəlmişdi.
Facebook-da paylaş