Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Rusiyalı futbolçu tarixi rekorda imza atıb



İqor Akinfeyev Rusiya futbol tarixində yeni rekorda imza atıb.

BrendSport.az
xəbər verir ki, Moskva MOİK-nin qapıçısı Premyer Liqanın 2023/2024 mövsümünün I turunda “Ural”la görüşdə buna nail olub.

Komandasının səfərdə 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada çərçivəni qoruyan 37 yaşlı Akinfeyev 21-ci mövsümdə çempionat oyununda iştirak etməklə, rekordu ələ keçirib. O, 20 çempionatın iştirakçısı olan Dmitri Loskov və Aleksandr Anyukovu qabaqlayıb.

Karyerası ərzində yalnız MOİK-in formasını geyinən Rusiya millisinin sabiq qolkiperi indiyə qədər ölkə çempionatında 544 oyunda meydana çıxıb.

Qeyd edək ki, İqor Akinfeyev 2003-cü ildən MOİK-in əsas komandasının formasını geyinir.


Facebook-da paylaş

Xəbəri paylaş