Rusiya MOİK-i "Yuventus”un təklifini rədd etdi
Rusiya MOİK-inin yarımmüdafiəçisi Aleksandr Qolovin üçün İtaliyanın "Yuventus” klubunun ilkin təklifini rədd edib.
"Yuventus”un ilkin təklifi 17 milyon avro olub. MOİK isə futbolçunun keçidi üçün 25 milyon avrodan aşağı məbləğə razı olmayacağını bildirib. "Yuventus” həftənin sonunda qiyməti 18 milyon avroya qaldırmaq niyyətindədi.
Qolovin 2015-ci ildən MOİK-in formasını geyir. Ötən mövsüm Rusiya çempionatının ən yaxşı gənc oyunçusu seçilən 22 yaşlı futbolçu MOİK-in heyətində 43 oyunda 7 qola, 6 məhsuldar ötürməyə imza atıb.
Facebook-da paylaş