Əsas Səhifə > Maraq > Rusiyalı futbolçu tarixi rekorda imza atıb
Rusiyalı futbolçu tarixi rekorda imza atıb22-07-2023, 17:30 |
![]() İqor Akinfeyev Rusiya futbol tarixində yeni rekorda imza atıb. BrendSport.az xəbər verir ki, Moskva MOİK-nin qapıçısı Premyer Liqanın 2023/2024 mövsümünün I turunda “Ural”la görüşdə buna nail olub. Komandasının səfərdə 1:2 hesabı ilə məğlub olduğu qarşılaşmada çərçivəni qoruyan 37 yaşlı Akinfeyev 21-ci mövsümdə çempionat oyununda iştirak etməklə, rekordu ələ keçirib. O, 20 çempionatın iştirakçısı olan Dmitri Loskov və Aleksandr Anyukovu qabaqlayıb. Karyerası ərzində yalnız MOİK-in formasını geyinən Rusiya millisinin sabiq qolkiperi indiyə qədər ölkə çempionatında 544 oyunda meydana çıxıb. Qeyd edək ki, İqor Akinfeyev 2003-cü ildən MOİK-in əsas komandasının formasını geyinir. Geri qayıt |