"Atletiko"nun futbolçusu "Barselona"ya keçir
Portuqaliya millisinin futbolçusu Joau Feliks karyerasını İspaniyanın "Barselona" klubunda davam etdirəcək.
BrendSport.az xəbər verir ki, bu barədə jurnalist Mark Martines tviterdə bildirib.
Onun sözlərinə görə, Kataloniya təmsilçisi 24 yaşlı vingeri icarəyə götürmək üçün Madrid "Atletiko"su ilə razılıq əldə edib.
Hazırkı ölkə çempionu portuqaliyalı oyunçunun keçidi üçün 10 milyon avro ödəyəcək. "Barselona" növbəti mövsüm Feliksi 50 milyon avroya alacaq.
Qeyd edək ki, 2019-cu ildə "Atletiko"ya keçən Joau Feliks ötən mövsüm icarə əsasında İngiltərənin "Çelsi" klubunun formasını geyinib.
Facebook-da paylaş