Braziliya millisinin hücumçusu “Barselona”ya keçib
Braziliya millisinin futbolçusu Vitor Roke İspaniyanın “Barselona” klubuna keçib.
BrendSport.az xəbər verir ki, ölkəsində “Atletiko Paranaense”nin formasını geyinən 18 yaşlı hücumçu kataloniyalılarla 5 illik müqavilə imzalayıb.
Bu transfer “Atletiko Paranaense”yə 35 milyon avro qazandırıb. “Barselona” qarşı tərəfə daha 10 milyon avro bonus ödəyəcək. İspanlar bir neçə oyunçusunu satdıqdan sonra Rokeni qeydiyyatdan keçirə biləcək.
Qeyd edək ki, Vitor Roke bu ilin martında Mərakeşlə (1:2) yoldaşlıq görüşündə Braziliya yığmasının heyətində debüt edib.
Facebook-da paylaş