Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Qalan 3 klubdan biri də Avropa Superliqasını tərk edəcək



Turin “Yuventus”u Çempionlar Liqasını tam əvəzləməsi nəzərdə tutulan Superliqadan çıxmaq üçün hüquqi prosesə başlayıb.

BrendSport.az
xəbər verir ki, “Yuventus” Superliqadan çıxmaq proseduruna başlayıb.

Müqavilə müddəalarına uyğun olaraq, layihədən çıxmaq üçün “Real Madrid” və “Barselona”nın əvvəlcədən razılığı tələb olunur.

Qeyd edək ki, “Yuventus” 2021-ci ilin aprelində Avropa Superliqasının yaradıldığını elan edən 12 klub arasında idi.

Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) bu təşəbbüsə qəti şəkildə qarşı çıxıb, yarışın təşkilatçılarını diskvalifikasiya edəcəyini vəd edib və bu səbəbdən komandaların əksəriyyəti ilk aydan sonra belə turnirdə iştirakdan imtina etdiklərini bəyan ediblər.

Superliqa layihəsində iki iştirakçı qalıb – “Real Madrid” və “Barselona”.


Facebook-da paylaş

Xəbəri paylaş