"Superliqa UEFA və FİFA-ya qarşı çevriliş cəhdi idi" - De Byazi
Millimizin baş məşqçisi Canni De Byazi Avropa Superliqası barədə fikirlərini bildirib.
BrendSport.az xəbər verir ki, italiyalı mütəxəssis "Radio 1" açıqlamasında bildirib ki, bu ideya UEFA və FİFA-ya qarşı çevriliş cəhdi idi:
"Müxtəlif şirkətlər inpozulan maliyyə balansını düzəltmək üçün yeni iqtisadi mənbələr tapmaq istəməsi bizi təəssüfləndirir. Superliqa elit futbol kimi təqdim edildi, ancaq onun elitliyi yalnız üzdə idi. Fikrimcə, həyatda yalnız fədakarlıq və qətiyyətlə uzağa gedə bilərsiniz.Buna görə də mənim üçün idmandakı meritokratiya vacibdir".
Xatırladaq ki, aprelin 19-da "Real", "Barselona", "Atletiko", "İnter", "Yuventus", "Milan", "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem" Superliqa yaratdıqlarını elan etmişdi. Turnirin yaradıcılarından yalnız “Real” və “Barselona” geri addım atmayıb.
Facebook-da paylaş