CONCACAF "Gold Cup"da finalçılar müəyyənləşib
ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirində finalçılar müəyyənləşib.
BrendSport.az xəbər verir ki, ilk yarımfinal matçında Panama və ABŞ yığmaları üz-üzə gəliblər.
Əsas vaxtı qolsuz bərabərliklə başa çatan görüşün əlavə vaxtında da qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan Panama kollektivi həlledici qarşılaşmaya vəsiqə qazanıb.
Digər oyunda Yamaykanı üç cavabsız qolla yenən Meksika millisi ikinci finalçı olub.
Qeyd edək ki, final görüşü iyulun 17-də Bakı vaxtı ilə 03:30-da start götürəcək.
Facebook-da paylaş