Əsas Səhifə > Maraq > CONCACAF "Gold Cup"da finalçılar müəyyənləşib

CONCACAF "Gold Cup"da finalçılar müəyyənləşib


13-07-2023, 09:30


ABŞ-da keçirilən Şimali, Mərkəzi Amerika və Karib hövzəsi üzrə (CONCACAF) "Gold Cup" turnirində finalçılar müəyyənləşib.

BrendSport.az
xəbər verir ki, ilk yarımfinal matçında Panama və ABŞ yığmaları üz-üzə gəliblər.

Əsas vaxtı qolsuz bərabərliklə başa çatan görüşün əlavə vaxtında da qalib müəyyənləşməyib - 1:1. Penaltilər seriyasında daha dəqiq olan Panama kollektivi həlledici qarşılaşmaya vəsiqə qazanıb.

Digər oyunda Yamaykanı üç cavabsız qolla yenən Meksika millisi ikinci finalçı olub.

Qeyd edək ki, final görüşü iyulun 17-də Bakı vaxtı ilə 03:30-da start götürəcək.
Geri qayıt