"Zirə"dən ayrılan futbolçu Rusiyanın I Liqa klubuna keçib
Ötən mövsümün sonunda "Zirə"dən ayrılan Nemanya Ancelkoviç Rusiyanın "Akron" komandasına keçib.
BrendSport.az xəbər verir ki, serbiyalı müdafiəçi I Liqa təmsilçisi ilə uzunmüddətli müqavilə imzlayıb. Sözləşmənin detalları açıqlanmayıb.
26 yaşlı oyunçu yeni komandasında elə 26 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Nemanya Ancelkoviç 2021-ci ilin yanvarından "Zirə"də çıxış edirdi.
Facebook-da paylaş