Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avstriyalı jurnalist: "Zaltsburq" əsas diqqətini Musa Qurbanlıya yönəldib"



Hücum xəttini gücləndirməyi planlaşdıran Avstriyanın "Zaltsburq" klubu əsas diqqətini "Qarabağ"ın futbolçusu Musa Qurbanlıya yönəldib.

BrendSport.az
xəbər verir ki, bu barədə yerli jurnalist Aleksandar Andonov özünün tviter səhifəsində paylaşım edib.

O bildirib ki, ötən mövsüm Azərbaycan Premyer Liqasını 21 qol və 7 məhsuldar ötürmə ilə tamamlayan forvard Bundesliqa təmsilçisinin əsas transfer hədəflərindən biridir: "Qurbanlının yaşı və qiyməti də "Zaltsburq" üçün uyğundur. Onun keçidi bir milyon avroya başa gələ bilər. "Qarabağ"ın 2026-cı ilədək müqaviləsi olan oyunçunu buraxıb-buraxmayacağı isə başqa mövzudur".

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan Musa Qurbanlı "Zirə"də də çıxış edib.


Facebook-da paylaş

Xəbəri paylaş