Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Ferrari" 50 illik fasilədən sonra "24 saat Le Mans" yarışına qayıdışı qələbə ilə qeyd edib



Britaniyalı Ceyms Kalado, italiyalı Antonio Giovinazzi və Alessandro Pierre Guidinin təmsil olunduğu İtaliyanın "Ferrari" komandası "24 saat Le Mans" yarış Marafonunun əsas sinfi olan "hiperkar"lar arasında qalib olub.

BrendSport.az
xəbər verir ki, ikinci yeri isveçrəli Sebastian Buemi, Yeni Zelandiyalı Brendon Hartli və yaponiyalı Re Hirakavanın çıxış etdiyi Yaponiyanın "Toyota" komandası tutub.

Yarışı üçüncü yerdə isə ABŞ-ın "Cadillac" komandası başa vurub, heyətə Yeni Zelandiyalı Erl Bamber və britaniyalı Aleks Linn, Riçard Uestbruk daxildir.

"Ferrari" 1973-cü ildən bəri ilk dəfə olaraq marafonun əsas sinfində iştirak edib.

Qeyd edək ki, "24 saat Le Mans" Marafonu bu il 91-ci dəfə keçirilib və 100 illik yubileyini qeyd edib. Turnir ilk dəfə 1923-cü ildə keçirilib. Marafon dünyanın ən məşhur və populyar avtomobil yarışlarından biridir.

Yarışda qazanılan qələbə istənilən avtomobil istehsalçısı üçün çox prestijli hesab olunur. Ən uğurlu komanda Marafonda 19 dəfə qalib gələn "Porsche"dir.

Sürücülər arasında isə rekord sahibi doqquz qələbə qazanan danimarkalı Tom Kristensendir.


Facebook-da paylaş

Xəbəri paylaş