Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Mingəçevirdə “Prezident kuboku-2023” beynəlxalq reqatası çərçivəsində komandaların rəsmi paradı olub

Mingəçevirdə “Prezident kuboku-2023” beynəlxalq reqatası çərçivəsində komandaların rəsmi paradı olub


Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilən “Prezident kuboku-2023” beynəlxalq reqatası çərçivəsində komandaların rəsmi paradı keçirilib.
BrendSport.az xəbər verir ki, tədbir Mingəçevirdəki Heydər Əliyev prospektində baş tutub.
Paradın sonunda iştirakçılar və rəsmi qonaqlar Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.
Mayın 7-dək davam edəcək reqatada 20-dək ölkədən avarçəkmənin akademik, kayak və kanoe növlərində 100-dən çox yerli və xarici idmançı gücünü sınayacaq.
Yarışın ilk mərhələsi Suqovuşanda gerçəkləşib. Növbəti iki mərhələ Mingəçevirdəki “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq. Mükafatlandırma və bağlanış mərasimi isə Bakıda keçiriləcək.


Facebook-da paylaş

Xəbəri paylaş