Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Stella “McLaren”in Azərbaycan Qran-Prisində yenilikləri haqqında ümidlərini açıqlayıb

Stella “McLaren”in Azərbaycan Qran-Prisində yenilikləri haqqında ümidlərini açıqlayıb


“McLaren”in rəhbəri Andrea Stella qarşıdakı Formula 1 Azərbaycan Qran-Prisində iştirakından bəhs edib. Yürüşlər aprelin 28-30-da keçiriləcək.
BrendSport.az xəbər verir ki, “McLaren” komandasının mətbuat xidməti Stellanın aşağıdakı sözlərini sitat gətirib: “Kiçik fasilədən sonra biz Bakıya gəlirik. Bundan əvvəl, Avstraliyada inamla çıxış etdik və indi komandada yaxşı əhvali-ruhiyyə var. Avstraliyada nəticələri müsbət hesab etməyimizə baxmayaraq, biz başa düşürük ki, hələ çox iş görməliyik və bu pauza zamanı bazada çox yaxşı çalışmışıq.
Biz Bakıya bəzi yeniliklər gətirəcəyik, lakin etiraf edirik ki, burada ola bilər ki, onların səmərəsini dərhal görməyək. Ancaq bu, bizim Konstruktorlar Kubokunda irəliləmək üçün qarşımızda duran çoxlu addımlardan yalnız biridir.
Biz, həmçinin sprintin keçirilməsində yeni formatda ilk uik-endi səbirsizliklə gözləyirik. Hər hansı küçə trasında həmişə bu cür yarışlarla bağlı böyük risk olur, lakin komanda yaxşı hazırlaşıb və bu səbəbdən yürüşlərə qayıtmağı səbirsizliklə gözləyirik”.


Facebook-da paylaş

Xəbəri paylaş