"Red Bull" üçün böyük dərd
Formula 1-də mübarizə aparan “Red Bull” ona məxsus olan “Alfa Tauri” komandasını satmaq və ya onu Böyük Britaniya ərazisinə göndərmək istəyir.
BrendSport.az xəbər erir ki, buna səbəb kimi Avstriya şirkətinin maliyyə yükündən azad olunması səbəb kimi göstərilir.
Almaniya mətbuatının məlumatına görə, “Alfa Tauri”ni “Andretti”, “Haytek” komandaları və ya hindistanlı milyarderlərin sahib olduğu “Mumbai Falcons” şirkəti ala bilər. Artıq onların “Alfa Tauri”yə sahib çıxmaq üçün FİA-ya müraciət etdikləri iddia olunur.
Xatırladaq ki, cari mövsüm “Alfa Tauri” bolidlərini yaponiyalı Yuki Tsunoda ilə fransalı Pyer Qasli idarə edəcək. Ötən mövsüm bu komanda 35 xalla Mühəndislər Kubokunda 9-cu yeri tutmuşdu.
Facebook-da paylaş