"Barselona" Messinin maaşını azaldır
İspaniya "Barselona"sının rəhbərliyi komandanın kapitanı Lionel Messinin məvacibini azaltmağı planlaşdırır.
BrendSport.az "El Chiringuito" kanalına istinadən xəbər verir ki, klub prezidenti Jozep Bartomeu yaxın vaxtlarda argentinalı hücumçunu bu barədə məlumatlandıracaq.
Daha əvvəl Kataloniya təmsilçisinin 34 yaşlı forvarda illik 90 milyon avro ödədiyi məlum olub. Bunun yarısı vergi xərclərinə sərf olunur.
Qeyd edək ki, "Barselona" ilə müqaviləsi cari mövsümün sonunda başa çatacaq Messinin komandanı tərk etmək istədiyi iddia olunur.
Facebook-da paylaş