Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Kurtuanın agenti dələduzluqda ittiham olunur



Məşhur futbol agenti Kristofer Henroti dələduzluqda ittiham olunur. Henrotinin, əməkdaşlıq etdiyi futbolçuların və məşqçilərin bağladıqları müqavilələrdən bir neçə milyon avronu mənimsədiyi bildirilir. O, Tibo Kurtua və Romelu Lukaku kimi futbolçularla əməkdaşlıq edir.

Kristoferin son transferi Kurtuanın “Çelsi”dən “Real”a keçidi olub. Ancaq ondan “Real”ın qapıçısı yox, uzun müddət əməkdaşlıq etdiyi məşqçi Piter Smit şikayət edib.

Belçika mətbuatının iddiasına görə, agent, Kurtuanın transferi zamanı da bir neçə milyon avronu mənimsəyib. Onun, Lukakunun, Yuri Tilemansın və Leandero Dendonkeromun transferləri zamanı da maxinasiyaya əl atdığı bildirilir.


Facebook-da paylaş

Xəbəri paylaş