Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“Alina” festivalında 6 mindən çox gimnast iştirak edir



Moskvada X “Alina” bədii gimnastika festivalı başlanıb. Festival Alina Kabayeva Xeyriyyə Fondunun dəstəyi ilə təşkil olunur.

Bu il yarış iştirakçılarının sayı 6 min nəfəri ötüb. Gimnastların bütün xərcləri festivalın təşkilatçıları tərəfindən ödənilir. Rusiya yığmasının tanınmış idmançı qızları, Azərbaycan, Belarus, Bolqarıstan, İtaliya və Özbəkistan milli komandaları, habelə Rusiya və Qazaxıstandan gəlmiş uşaq komandaları, musiqi və rəqs kollektivləri, estrada ulduzları, yaradıcılıq müsabiqəsinin qalibləri, akrobatik, batut gimnastikası üzrə çempionlar festivalda iştirak edirlər.

Festivaldan söhbət açan Olimpiya çempionu deyib: “Biz rəqəmlərə xüsusi məna vermirik və hər festivalımıza həssaslıqla yanaşırıq. Bu il festivalda Azərbaycan, İtaliya, Belarus yığmaları iştirak edəcəklər. Bir həftədən sonra Avropa çempionatının başlamasına baxmayaraq, vaxt tapıb buraya gələn hər kəsə təşəkkürümü bildirirəm”.


Facebook-da paylaş

Xəbəri paylaş