Messinin həyat yoldaşının mağazası qarət edilib
Argentinanın Rosario şəhərində naməlum şəxslər futbolçu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus “Unico” mağazasını qarət ediblər.
BrendSport.az xəbər verir ki, işçilər mağazadan nağd pul daşıyan zaman naməlum şəxslərin hücumuna məruz qalıblar, əməkdaşların avtomobilinin şüşələrini sındırılıb. Cinayətkarlar içərisində pul olan iki çantanı götürüb və avtomobilə atəş açıblar. Qeyd edilir ki, onlar qaça biliblər.
Cinayətkarlar təxminən 20 min avro oğurlayıblar.
Facebook-da paylaş