Argentinalılar azərbaycanlının ölümünə səbəb olacaqdı
Moskvada Ərəstun Rüstəmov adlı azərbaycanlı intihara cəhd edib.
Rusiya paytaxtının "Dubrovka” metrostansiyası yaxınlığında eyni adlı bazarda xırda ticarətlə məşğul olan Ə.Rüstəmov futbol üzrə dünya çempiontının dünən keçirilən Argentina-İslandiya oyununa bukmeker kontorunda pul yatırıb.
Argentinanın qələbəsinə 100 min rubl (təxminən 2850 manat) pul yatıran həmyerlimiz, oyunun heç-heçə bitməsindən sonra evdən çıxıb. Yaxınlıqdakı parkda özünə qəsd etmək istəsə də, həmyerliləri bunun qarşısını alıblar.
Məlumata görə, 100 min rublu o, bazarda icarə haqqını ödəmək üçün borc alıbmış. Bazarda icarəyə də 300 min borcu varmış.
Qeyd edək ki, həmin matçda ulduz futbolçu Lionel Messi 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməmişdi və matç 1:1 hesabı ilə başa çatmışdı.(Musavat.com)
Facebook-da paylaş