PSJ-nin qapıçısı Parisdəki evində qarət olunub
Fransanın PSJ klubunun qapıçısı Canluici Donnarumanın Parisdəki evi qarət olunub.
BrendSport.azxəbər verir ki, oğurluq hadisəsi iyulun 20-dən 21-nə keçən gecə baş verib.
24 yaşlı qolkiper və sevgilisi həmin vaxt evdə olublar. Onlar cinayətkarların zorakı hərəkətlərinə də məruz qalıblar. Evdən təxminən 500 min avro oğurlanıb.
Donnaruma və sevgilisi qaçırılıb, daha sonra isə yaxınlıqdakı otelə sığınmağı bacarıblar. Otel işçiləri polis çağıraraq cütlüyün qayğısına qalıblar. Onların hər ikisi xəstəxanaya aparılıblar.
Facebook-da paylaş