“Avro-2020”nin ən yaxşı futbolçusu “Paris Sen-Jermen” klubuna transfer olunub
Futbol üzrə 16-cı Avropa çempionatının ən yaxşı oyunçusu elan edilən İtaliya millisinin qapıçısı Canluici Donnarumma Fransanın “Paris Sen-Jermen” klubu ilə beşillik müqavilə imzalayıb.
BrendSport.az klubun rəsmi səhifəsinə istinadla xəbər verir ki, 22 yaşlı qolkiper “Milan” klubu ilə müqaviləsinin müddəti iyunda başa çatdığından Paris təmsilçisinə azad agent statusunda transfer edilib.
Qeyd edək ki, Canluici Donnarumma İtaliya millisinin heyətində indiyədək 33, qitə miqyaslı klub turnirlərində isə 22 oyunda meydana çıxıb. O, milli çempionatlarda 229 dəfə forma geyinib.
Facebook-da paylaş