Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Ümummilli Lider Heydər Əliyev Azərbaycanda miqrasiya siyasətinin formalaşdırılmasına mühüm töhfələr verib

Ümummilli Lider Heydər Əliyev Azərbaycanda miqrasiya siyasətinin formalaşdırılmasına mühüm töhfələr verib

Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində Şəki regional miqrasiya idarəsi tərəfindən “Ümummilli Lider Heydər Əliyevin həyat yolunun və siyasi irsinin tanıdılması” mövzusunda tədbir keçirilib.

BrendSport.az
xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, Zaqatala şəhəri Heydər Əliyev Mərkəzinin, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının nümayəndələri, əcnəbi və vətəndaşlığı olmayan şəxslər iştirak ediblər.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını qurban verən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı müstəsna xidmətlərindən, dövlət müstəqilliyimizin qorunub möhkəmləndirilməsində misilsiz fəaliyyətindən bəhs olunub. Ümummilli Liderin miqrasiya siyasətinin formalaşdırılması, idarə olunması və inkişafı istiqamətində mexanizmlərin işlənib hazırlanmasına mühüm töhfə verdiyi diqqətə çatdırılıb.

Sonda Zaqatala şəhəri Heydər Əliyev Mərkəzindəki Ümummilli Liderin həyat və fəaliyyətinin, zəngin siyasi irsinin əks olunduğu muzey ziyarət edilib.


Facebook-da paylaş

Xəbəri paylaş