Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciyyət



Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya müraciyyət

BrendSport.az
saytının Gənclər Şobəsi xəbər verir ki, Azərbaycan könüllüləri Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya müraciət ediblər.
Həmən müraciyyəti olduğu kimi sizə təqdim edirik.

Hörmətli Mehriban xanım!

Türkiyədə baş vermiş dəhşətli zəlzələnin ilk anlarından biz Azərbaycan könüllüləri xalqımızın birlik, həmrəylik və qarşılıqlı yardım kimi ən yaxşı xüsusiyyətlərini nümayiş etdirərək qardaş Türkiyə xalqının yanında olmasının şahidi olduq. Yaşanan ağır faciəyə möhtərəm cənab Prezidentin və Sizin həssas münasibətiniz, yardımla bağlı verdiyiniz göstərişlər biz gəncləri hədsiz qürurlandırmaqla yanaşı, öz insansevərliyimizi nümayiş etdirməyə şərait yaratdı.

Zəlzələdən zərər çəkmiş insanlara dəstək məqsədilə başladılan yardım kampaniyasına qoşulan hər kəsə, o cümlədən bu işdə əlindən gələni əsirgəməyən çoxsaylı könüllülərə təşəkkür etməyiniz bizi olduqca təsirləndirdi. Bütün Azərbaycan xalqının səfərbər olduğu humanitar yardım aksiyasına qoşularaq Türkiyə xalqının yanında olmağı öz mənəvi borcumuz hesab edirik. Təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına Azərbaycan dövləti və xalqı tərəfindən verilən dəstəyə öz töhfəmizi vermək üçün gecə-gündüz demədən var gücümüzlə çalışırıq. Biz könüllülər bu xeyirxah əməllərin iştirakçısı olmaqdan qürur və şərəf duyuruq.

Hər zaman olduğu kimi, fəaliyyətimizə göstərdiyiniz diqqətə, verdiyiniz yüksək dəyərə görə Sizə səmimi-qəlbdən minnətdarıq. Xalqımızın əsrlər boyu yaşatdığı xeyirxahlıq, fədakarlıq və təmənnasız kömək ənənələrini davam etdirən Azərbaycan könüllüləri olaraq biz bundan sonrakı fəaliyyətimizdə də vətənpərvərlik və milli-mənəvi dəyərlərə daim sadiq qalacağımıza və daha böyük əzmlə çalışacağımıza söz veririk.

Dərin hörmətlə,
Azərbaycan könüllüləri


Facebook-da paylaş

Xəbəri paylaş