Azərbaycan Premyer Liqasında son turun rəmzi komandası
Azərbaycan Premyer Liqasında 12-ci turunun rəmzi komandası məlum olub.
BrendSport.az PFL-ə istinadən xəbər verir ki, rəzmi komandada ən çox futbolçu ilə rəmsil olunan “Qəbələ”dir. “Qırmızı-qaralar” son turda səfərdə “Keşlə”ni 2:1 hesabı ilə məğlub etmişdi:
Qapıçı: Səlahət Ağayev (“Neftçi”) - 6;
Müdafiəçilər: Təmkin Xəlilzadə (“Qəbələ”) - 3, Voislav Stankoviç (“Qəbələ”) - 2; Yakub Jezniçak (“Qarabağ”) - 3 , Abbas Hüseynov (“Qarabağ”) - 4;
Yarımmüdafiəçilər: Ceyms Adeniye (“Qəbələ”) - 4; Emin Mahmudov (“Neftçi”) - 3; İlkin Muradov (“Zirə”); Bilal Həmdi (“Zirə”) - 2;
Hücumçular: Cavid İmamverdiyev (“Sabah”) - 2; Stiven Monroz (“Qəbələ”) - 3.
Qeyd: Futbolçunun adının qarşısındakı rəqəm rəmzi komandaya düşmə sayını göstərir.
Facebook-da paylaş