Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Azərbaycanın ilk dünya çempionu

Azərbaycanın ilk dünya çempionu

Azərbaycan Gənclər və İdman Nazirliyində güləş üzrə dünya çempionu, olimpiya mükafatçısı, Avropa çempionu, SSRİ-nin əməkdar məşqçisi, Beynəlxalq dərəcəli hakim Aydın Əli oğlu İbrahimovun 80 illik yubileyi qeyd olunub. “Cabir Novruz” mədəniyyət fondunun təşəbbüsü ilə veteran idman ustası Aydın İbrahimovun həyat və fəaliyytəini əks etdirən video çarx nümayiş olundu. Tədbiri giriş sözü ilə açan Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov Aydın İbrahimovun idmanda qazandığı nailiyyətlərdən, keçdiyi şərəfli ömür yolundan söz açdı.

O, qeyd etdi ki, Azərbaycanı dünyaya tanıtdıran ilk dünya çempionu Aydın İbrahimov olmuşdur. 1964-cü ildə sərbəst güləş üzrə SSRİ çempionu, 1964-cü ildə Tokio Olimpiya Oyunlarının bürünc mükafatçısı, 1966-cı ildə sərbəst güləş üzrə Avropa çempionu, 1976-cı ildə SSRİ-nin əməkdar məşqçisi, 1976-cı ildə Beynəlxalq dərəcəli hakim, 1974-1979-cu illərdə Azərbaycan yığma komandasının baş məşqçisi, 1975-1984-cü illərdə SSRİ yığma komandasının məşqçisi və “Dinamo” Cəmiyyətinin baş məşqçisidir. Tədbirdə Gənclər və İdman Nazirinin müavini İsmayıl İsmayılov çıxışında bildirdi ki, güləş xalqımız tərəfindən sevilən idman növüdür. Bu gün də Azərbaycan güləşi sağlam təməl üzərində dayandığı üçün davamlı uğurlar əldə olunur ki, bunun sayəsində bizim Namiq Abdullayev, Fərid Mansurov kimi Olimpiya mükafatçılarımız, dünya və Avropa çempionlarımız var.

Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev, “Cabir Novruz” Mədəniyyət fondunun prezidenti, professor Cavanşir Qurbanov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Elçin Cəfərov, 19 dəfə Azərbaycan çempionu olmuş, veteran idmançı Mustafa Orucov, AMİNA-nın prezidenti, professor Xanlar Qurbanov, professor Dilqəm Quliyev, Əməkdar jurnalist Aydın Əliyev, veteran tele-jurnalist Çingiz İsmayılov, Olimpiya çempionu Namiq Abdullayev çıxış edərək yubileyarı təbrik etdilər və ona hədiyyə və fəxri diplomlar təqdim etdilər. Sonda Aydın İbrahimov cıxış edərək dedi:

“Özümdə bilirəm ki, yaxşı güləşmişəm. Ancaq danışmaqda bir qədər çətinlik çəkirəm. Prezident İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya idmana göstərdikləri diqqət və qayğıya görə minnətdarlığımı bildirirəm, idmanda qazandığım medalları Olimpiya Komitəsinin muzeyinə hədiyyə edirəm”.

Onuda qeyd edək ki, A.İbrahimov 17 sentyabr 1938-ci ildə Gəncə şəhərində anadan olub. O, 1963-cü ildə güləş üzrə ilk azərbaycanlı dünya çempionu kimi tarixə adını yazdırıb.

Elşad Qasımov











Facebook-da paylaş

Xəbəri paylaş