Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



"Qarabağ"ın Avroliqadakı rəqibləri bəlli oldu



Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçirilib.

BrendSport.az-ın məlumatına görə, Monakodakı Qrimaldi Forumda təşkil olunan tədbirdə "Qarabağ"ın da rəqibləri bəlli olub.

Azərbaycan təmsilçisi E qrupunda İngiltərənin "Arsenal", Portuqaliyanın "Sportinq" və Ukraynanın "Vorskla" klublarına rəqib olub.

Püşkatmanın nəticələri:

A qrupu: "Bayer" (Almaniya), "Lüdoqorets" (Bolqarıstan), "Sürix" (İsveçrə), AEK (Larnaka, Kipr)

B qrupu: "Zaltsburq" (Avstriya), "Seltik" (Şotlandiya), "Leyptsiq" (Almaniya), "Rusenborq" (Norveç)

C qrupu: "Zenit" (Rusiya), "Kopenhagen" (Danimarka), "Bordo" (Fransa) , "Slaviya" (Praqa, Çexiya)

D qrupu: "Anderlext" (Belçika), "Fənərbağça" (Türkiyə), "Dinamo" (Zaqreb, Xorvatiya), "Spartak" (Trnava, Slovakiya)

E qrupu: "Arsenal" (İngiltərə), "Sportinq" (Lissabon, Portuqaliya), "QARABAĞ" (AZƏRBAYCAN), "Vorskla" (Poltava, Ukrayna)

F qrupu: "Olimpiakos" (Yunanıstan), "Milan" (İtaliya), "Betis" (İspaniya), "Düdelanj" (Lüksemburq)

G qrupu: "Vilyarreal" (İspaniya), "Rapid" (Vyana, Avstriya), "Spartak" (Moskva, Rusiya), "Reyncers" (Şotlandiya)

H qrupu: "Latsio" (İtaliya), "Marsel" (Fransa), "Ayntraxt" (Frankfurt, Almaniya), "Apollon" (Kipr)

I qrupu: "Beşiktaş" (Türkiyə), "Genk" (Belçika), "Malmö" (İsveç), "Sarpsborq" (Norveç)

J qrupu: "Sevilya" (İspaniya), "Krasnodar" (Rusiya) , "Standard" (Lyej, Belçika), "Akhisar Belediyespor" (Türkiyə)

K qrupu: "Dinamo" (Kiyev, Ukrayna), "Astana" (Qazaxıstan), "Renn" (Fransa), "Yablonets" (Çexiya),

L qrupu: "Çelsi" (İngiltərə), PAOK (Yunanıstan), BATE (Borisov, Belarus), "Videoton" (Macarıstan)

Qeyd edək ki, ilk turun oyunları sentyabrın 20-də keçiriləcək. Final matçı isə 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq.



Facebook-da paylaş

Xəbəri paylaş