Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Avropanın ən güclüsü “Real”dı - ardıcıl 3-cü kubok



Bu gün Çempionlar Liqasında (ÇL) 2017/18 mövsümünün final oyunu baş tutub. Kiyevin Olimpiya stadionunda oynanan həlledici qarşılaşmada “Real”la “Liverpul” üz-üzə gəlib.

Bir tərəfdə iki ildi bu kuboku qazanan “Kral klubu”, digər tərəfdə isə 11 ildən sonra finalda oynamaq şansı qazanan “qırmızılar”...

12 dəfə turniri zirvədə tamamlayaraq mütləq rekordçu olan “Kral klubu” ardıcıl 3-cü dəfə evə kubokla dönmək niyyətində, ÇL-nın beşqat qalibi “Liverpul” isə möhtəşəm hücum “trio”sunun sayəsində 13 illik həsrətə son qoymağı hədəfləyirdilər.

Rəqibindən fərqli olaraq, “Real” Ukraynaya tam heyətlə yollanmışdı. Bütün futbolçuların yaxşı formada olması Zidanı çətin seçim qarşısında qoyurdu. “Liverpul”da isə zədəsini sağaldan Əmrə Can görüşün iştirak ərizəsinə salınmışdı. Əvəzində müdafiəçilər Joel Matip, Co Qomes və yarımmüdafiəçi Aleks Oksleyd-Çamberlayn zədə ucbatından meydana çıxa bilməyiblər.

Qeyd edək ki, "Liverpul” daha əvvəl qitənin ən nüfuzlu klub turnirinin finalında "Real"ı məğlub edə bilib. 1981-ci ildə, yarış Çempionlar Kuboku adlandığı vaxt ingilislər minimalhesablı qələbə qazanıb. "Real" və "Liverpul” indiyədək 5 dəfə üz-üzə gəliblər və bütün oyunlar ÇL-ə təsadüf edib. Bunlardan 3-də "mersisaydlılar”, 2-də "kral klubu" qalib gəlib.

"Real Madrid”dən fərqli olaraq, "Liverpul”un hazırkı heyətində yer alan futbolçulardan heç biri indiyə qədər ÇL-in finalında oynamayıb.

Gərgin və bol qol epizodları ilə zəngin olan və "Liverpul"un qapıçısı Loris Kariusun kobud səhvləri ilə yadda qalan oyunda İspaniya təmsilçisi 3:1 hesabı ilə qələbə qazanaraq ardıcılı üçüncü dəfə bu titula sahib olub.

UEFA Çempionlar Liqası

Final

26 may

“Real” (İspaniya) – “Liverpul” (İngiltərə) - 3:1

Qollar: Benzema, 51, Beyl, 64, 83 - Mane, 55












Avropanın ən güclüsü “Real”dı -



























Facebook-da paylaş

Xəbəri paylaş