Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



Əli Əsədov Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti ilə görüşüb



Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov noyabrın 18-də Beynəlxalq Su İdman Növləri Federasiyasının prezidenti Hüseyn Əl-Müsəlləmlə görüşüb.

BrendSport.az
xəbər verir ki, görüşdə Azərbaycanda bədən tərbiyəsinin və idmanın inkişafının dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğu vurğulanıb, idmançıların dövlət tərəfindən yüksək diqqət və qayğı ilə əhatə olunduğu bildirilib.

Qeyd edilib ki, ölkəmizdə ən müasir standartlara cavab verən idman infrastrukturu qurulub, o cümlədən ayrı-ayrı regionlarımızda çoxsaylı olimpiya idman kompleksləri tikilib. Azərbaycan bir çox mötəbər beynəlxalq idman tədbirlərinə, dünya çempionatlarına uğurla ev sahibliyi edib.

Söhbət zamanı ölkəmizdə su idman növlərinin inkişafı və kütləviləşməsi məqsədilə həyata keçirilən tədbirlər barədə söhbət açılıb, Beynəlxalq Su İdman Növləri Federasiyası ilə əməkdaşlıq məsələləri müzakirə olunub.


Facebook-da paylaş

Xəbəri paylaş