Reklam

VİDEO Bütün Xəbərlər

youtu.be/cYLVhddYxdc?si=c4kzrjHJAEcCASRJ



“XİLƏ” Futbol Klubu – gənc və yeniyetmələrin karyera ünvanı



Əziz uşaqlar!

Sizi yeni yaradılmış “XİLƏ” Futbol Klubuna dəvət edirik. 2004-2005-ci il təvəllüdlü istedadlı, perspektivli, təcrübəli futbolçular klubumuza üzv ola bilərlər. Klubumuz hər cür şəraitlə təmin olunub və məşqlər tam pulsuz olacaq. Futbolçular tərəfindən heç bir ödəniş tələb olunmur. Əksinə klubumuz tərəfindən sizlərə gələcək karyeranızı qurmaq üçün hər bir şərait yaradılıcaq. Sizlərdən yalnız istedadınızı tam şəkildə nümayiş etdirmək tələb olunur.

Məşqçilər korpusu təcrübəli Vladislav Ledyayev və Əli Məmmədovdan ibarət olacaq. Qapıçılarla isə məşqçi Hikmət Hüseynzadə məşğul olacaq.

Məşqçilərin futblçulardan ən başlıca tələbi ilk növbədə intizamlı, istedadın ortaya qoyulması və təcrübədən maksimum istifadə etmələri olacaq.

Klubumuzun gələcək üçün çox böyükdür məqsədləri var. Bunlardan, 2018-2019-cu il mövsümündə U-15 liqasında iştirak etmək, sonra isə gələcək illərdə I divizionda və Premyer Liqada çıxış edib klubumuzu daha da ön cərgələrə çıxarmaq ən başlıca şərtlərdəndir.

Hikmət Hüseynzadə,
Klubun meneceri
(050) 738 34 95


Facebook-da paylaş

Xəbəri paylaş