İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib
27 Sentyabr – Anım Günü ilə bağlı gənclər və idman naziri Fərid Qayıbov və nazirliyin kollektivi Bakıda inşası davam etdirilən Zəfər parkında olub.
BrendSport.az xəbər verir ki, parkın girişində xatirə daşının önünə gül dəstələri qoyulub, Vətən uğrunda canından keçmiş qəhrəman şəhidlərin xatirəsi yad edilib.
Həmçinin Milli Olimpiya Komitəsinin rəhbərliyi, kollektivi və Olimpiya çempionları da Zəfər parkına baş çəkərək şəhidlərin xatirəsini ehtiramla anıblar.
Facebook-da paylaş